Song: Alabəzək Yuxular
Artist:  Araz Imanov
Year: 2014
Viewed: 57 - Published at: 5 years ago

Göyün üzü tala-tala

Ala-bəzək, ala-bula

Yuxulardan düşdüm yola

Göydən ulduz yola-yola



Qoşa gəzir yaxşı, yaman

Hansı doğru, hansı yalan

Varmı sevən, Varmı yanan

Şahid olar bizə zaman



Günlər əlvan-əlvan xəyala dönər
Rəngli yuxulardan biz dönə-dönə

Yenə qayıdarıq hər ötən günə

Gülə-gülə coşsun könlümüz

Gülə-gülə ötsün ömrümüz

Gülə-gülə ötsün ömrümüz

Gülə-gülə coşsun könlümüz



Həyatın özü rəngarəng

Sevinclər ala-bəzək

Bu həyatda doğular

Ala-bəzək yuxular

( Araz Imanov )
www.ChordsAZ.com

TAGS :