Song: Apar Məni
Artist:  Sid Sultan
Year: 2019
Viewed: 39 - Published at: a year ago

Bir ömürəm yazım sənsən
Bir nəğməyəm sazım sənsən
Bir ürəyəm arzum sənsən
Hara getsən apar məni

Geniş göylər quşa qalsın
Ayrılıqlar daşa qalsın
İzlərimiz qoşa qalsın
Hara getsən apar məni

Bir bağçayam barım sənsən
Bir zirvəyəm qarım sənsən
Bir sinəyəm tarım sənsən
Hara getsən apar məni

( Sid Sultan )
www.ChordsAZ.com

TAGS :