Song: Bakı Bayatıları
Year: 2021
Viewed: 48 - Published at: 2 years ago

[Bənd 1]
Əziziyəm, Xəzərə
Yağış yağdı Xəzərə
Yardan bir "hə" alınca
Yalvarmışam min kərə

[Nəqərat]
Bakıda xəzri əsdi
Əsdi, səbrimi kəsdi
Yaxan düymələ, ay qız
Məni incitmə, bəsdir

Bakıda xəzri əsdi
Əsdi, səbrimi kəsdi
Yaxan düymələ, ay qız
Məni incitmə, bəsdir

[Bənd 2]
Pəncərədən əl eylər
Gözləri gəl-gəl eylər
O işvə ki, onda var
Axırda əngəl eylər
[Nəqərat]
Gilavar yaman əsdi
Əsdi, səbrimi kəsdi
Yarım toy həvəsində
Aman, yaman tələsdi

Gilavar yaman əsdi
Əsdi, səbrimi kəsdi
Yarım toy həvəsində
Aman, yaman tələsdi

[Bənd 3]
Dərya yaman qaralır
Solub, rəngim saralır
Həsrət, almaz canımı
Bir canım var, yaralı

[Nəqərat]
Bakıda xəzri əsdi
Əsdi, səbrimi kəsdi
Yaxan düymələ, ay qız
Məni incitmə, bəsdir

Məni incitmə, bəsdir
Məni incitmə, bəsdir

( Zaur miraslanov )
www.ChordsAZ.com

TAGS :