Song: Beyni Qan
Artist:  Miri Yusif
Year: 2020
Viewed: 70 - Published at: 4 years ago

[Bənd 1]
Səsimin tellərində donub həyəcan təbili
Məni axtaran əzrail, görəsən, haqqımda nə bilir?
Hisslərim çox dərində, fayda vermir təsəlli
Məni əks edən güzgülər tab gətirmir çatlayır bir-bir

[Keçid]
Çox haqsızlıq görmüşəm
Mən beyni çönmüşəm
Rahat olacam o zaman
Bilim ki, bu yolun sonuna gəlmişəm

Çox haqsızlıq görmüşəm
Mən beyni çönmüşəm
Rahat olacam o zaman
Bilim ki, bu yolun sonuna gəlmişəm

Bu dünya bir canlıdır
Mən dərisini üzmüşəm
Bu həyat çox amansız
Mən səbir edən dərvişəm
[Nəqərat]
Qışqıracam karlar səsimi eşidənə qədər
Dağıdacam bu dünyanı yenidən qurulana qədər
Parlayacam istisiz ulduzlar sönənə qədər
Sinəmdə bir sevgi saxlayacam ölənə qədər

[Bənd 2]
Yaşayır hamı həyatı, amma necə və nə üçün?
Daşıyır hərə bir yükü, hara qədər axı kim üçün?!
Qulaqlar eşidir, gözlər görür cürbəcür faciə
Mənim gündüzlərim olubdur, gecə qaralıbdır hətta ağciyər

[Keçid]
Çox haqsızlıq görmüşəm
Mən beyni çönmüşəm
Rahat olacam o zaman
Bilim ki, bu yolun sonuna gəlmişəm

Çox haqsızlıq görmüşəm
Mən beyni çönmüşəm
Rahat olacam o zaman
Bilim ki, bu yolun sonuna gəlmişəm

Bu dünya bir canlıdır
Mən dərisini üzmüşəm
Bu həyat çox amansız
Mən səbir edən dərvişəm
[Nəqərat]
Qışqıracam karlar səsimi eşidənə qədər
Dağıdacam bu dünyanı yenidən qurulana qədər
Parlayacam istisiz ulduzları sönənə qədər
Sinəmdə bir sevgi saxlayacam ölənə qədər

( Miri Yusif )
www.ChordsAZ.com

TAGS :