Song: Gəncəm
Artist:  Aygn Kazmova
Year: 1997
Viewed: 6 - Published at: 2 years ago

Gəncə çayı lal axıb
Göydən ulduzlar baxıb
Çiçəklərin qoynuna
Gəncə incilər taxıb
Gecələri nurludur
Səhərin uğurludur
Təbiət sənə baxıb
Öz-özünü unudur...

Bağlı baxçalı şəhərim
Ömrüm günüm, səhərim
Sevincimdir, xoş günüm
Kədərimdir kədərim

Sözlü-söhbətli Gəncəm
Gözəl baharlı Gəncəm
Səhəri gül ətirli
Kəpəz vüqarlı Gəncəm
Yollara kölgə salan
Çinarların çətridir
Sübh çağı evə dolan
Göy-gölümün ətridir
Bağlı baxçalı şəhərim
Ömrüm günüm, səhərim
Sevincimdir, xoş günüm
Kədərimdir kədərim...

( Aygn Kazmova )
www.ChordsAZ.com

TAGS :