Song: Insan dediler
Artist:  Okaber
Year: 2013
Viewed: 50 - Published at: 3 years ago

Müharibə Davam edir


Bu oyunların sonuna udan uduzan dedilər
Yazdığımız sətirlərə güldülər asan dedilər
İllərlə baş kəsib qan içib doymuyan bəşəriyyət
Allahu Ekber diyib Oxunsun Azan dedilər

Öz əsərlərində yaşayanlar ölmür yazıb dahilər
Unudulduğumuz yerlərə fəxri xiyaban dedilər
Yelkənsiz gəmilər sahibsiz buraxan sahillər
Bu oğlan insan görüb qoyulsun [?] dedilər

Çalışdımki qadının fəryadı göylərə sovrulan bəşəriyyətdə
Beledi Qanun buyur Quran dedilər
İnsanları niyə bədbəxt elediz soruşanda
Bizlərdə nə şərəf var, nədə vicdan dedilər

Küçədə yatanların axırı əzabı gözə görünməz
Sökülən taxma yerinə tökülür fantan dedilər
Dedilər Şəhidlər Ölməz, Güyaki Vətən bölünməz
Satılan torpaqların şərəfinə şampan dedilər
Müharibə davam etsə tökülər qan dedilər
Bizə vacib həyatda pul birdə can dedilər
Bəs Vətən Şəhidlər itirilən Torpaqlar bilmirik
Nə qədərki Azərbaycan dedilər (2x)

Mətnimə yaşadan, sətrimə dərman dedilər
Sinəmə orden taxıb [?] fərman dedilər
Qəlbdə bağırırdım , üzdə it kimi hürürdüm
Sən hür , yavaş-yavaş gedir kərvan dedilər

Anaların tapdalanmış haqları unudurdu
[?] faələrinə şöhrət ilə şan dedilər
Şuşada Xarıbülbül solub qurudurdu
Günahkar biz deilik , Rus və Köçəryan dedilər

Benzin bahalaşmasaydı özümüzü yandırardıq
Benzin nəyivə gərəkdi elebelə yan dedilər
Biz qansaydıq hamını qandırardıq
Niyə bizə nökər özlərinə xan dedilər

[?] batdıqca batırın , Günah Ümmanında
Ölüm batın qalın, [?] dedilər
Okaberəm yığışdırın, canavar ünvanında
Nədi canavar , hansı ünvan dedilər

Müharibə davam etsə tökülər qan dеdilər
Bizə vacib həyatda pul birdə can dedilər
Bəs Vətən Şəhidlər itirilən Torpaqlar bilmirik
Nə qədərki Azərbaycan dedilər (2x)


Sonluq:

Bir söz de mənə Nəsimi
Vəsf еlə məni şair
Vəsf zamanı deil Afət
Hörmət edin, Yalvararam

Səni bu hüsnü camalı
Bu Kamal ilə görüb
Qorxdular həqq deməyə
Döndülər İnsan dedilər

( Okaber )
www.ChordsAZ.com

TAGS :