Song: Mənə Bircə Məktub Yaz
Year: 2017
Viewed: 29 - Published at: 7 years ago

[Bənd 1]
Mənə bircə məktub yaz
Getdiyin o uzaqdan
Həsrət qoxusu çəkim
Sətir-sətir varaqdan

Yaz, o təzə evindən
Dənizi görürsənmi?
Uzanıbmı saçların
Yenə tək hörürsənmi?

[Nəqərat]
Yaz, tükənib hər şeydən
Darıxırsanmı sən də?
Düşürəmmi yadına
Saçın külək öpəndə?

Yaz, tükənib hər şeydən
Darıxırsanmı sən də?
Düşürəmmi yadına
Saçın külək öpəndə?
Öpəndə, öpəndə, öpəndə...
[Bənd 2]
Yaz, yenə sən güləndə
Batırmı sol yanağın?
De, gələcəkmi sonu
Bu sərsəm darıxmağın?

Mənə bircə məktub yaz
Yaz ki, bilim necəsən
Buz kəssə o məktubun
Yandıraram, üşüsəm

[Nəqərat]
Yaz, tükənib hər şeydən
Darıxırsanmı sən də?
Düşürəmmi yadına
Saçın külək öpəndə?

Yaz, tükənib hər şeydən
Darıxırsanmı sən də?
Düşürəmmi yadına
Saçın külək öpəndə?
Öpəndə, öpəndə, öpəndə...

( Cavidan Fatihi )
www.ChordsAZ.com

TAGS :