-Salam, Elnur. Nə var, nə yox?
-Sağlığın. Sən necəsən?
-Belə də. Haradan gəlirsən?
-Özüm də bilmirəm
-Qanın niyə qaradı e?
-Heç sənin də qanın qırmızı deyil
-Mən heç, mən bəlaya düşmüşəm. De görüm, sənə nə olub?
-Mənim də dərdim danışılası deyil, Anar
-Aa başqasını sevir?
--Eh, sevsəydi dərd yarıydı. Heç kəsi sevmir. Nə məni, nə də başqasını
-Nə bilirsən?
-Özü belə deyir
-Mənə bax özü çox şey deyir. Bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
-Bəs mən yazıq haradan bilim? Fal açdırım?
-Eeh, sən də! Fal niyə? Öz-özün həssas ol da
-Anar, bilirsən, deyir ki, inanmıram sənə
-Əşi, deyir deyir də. Elə elə ki, inansın
-Yaxşı. Fərhad kimi qaya çapım, yoxsa Məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
-...Dayan bir az fikirləşim. Görüm sənə nə məsləhət verim? Sən onun gözlərinə bax, gözlər yalan danışmaz
-Eh, onu şairlər uydurub
-Elnur, sən də qəribə söz danışırsan e! Şairlər də bizim kimi adamdır da. Onlar da seviblər, seviliblər
-Eh, mənim dərdim bütün Yazıçılar İttifaqı yığışıb yazsa, qurtaran deyil. Yazıçılar İttifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
-Yox, zəng eləmişdi
-Aha, nə deyir?
-Səsi soyuq idi, buz kimi
-Səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
-Əşi, salam-kalam eləmişdik ki, əlaqə saxladı
-Bəs təkrar zəng eləmədin?
-Elədim, telefonu bağlı idi
-Hə, indi nə fikirləşirsən?
-Ə, nə fikirləşəcəm ki? Səsi sopsoyuq idi buz kimi
-Hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir.Bununla əlaqədar iqlim...
-Dayan görüm e, sən də. Atmosferin bura nə dəxli var?
-Heç, elə-belə. Sözdür də deyirəm. Darıxma, hər şey yaxşı olacaq
-Sən də darıxma
-Nə var, nə yox?
-Sağlığın
-Ayrı nə var, nə yox?
-Salamatçılıqdır

( NM qrupu )
www.ChordsAZ.com