Song: Səssiz Ulduzlar
Artist:  Drvi
Year: 2021
Viewed: 16 - Published at: 2 years ago

[Bənd 1]
Görəsən nə qədər çəkər içdə yaranan axtarışlar
Güzgüdəki adam qaçır neçə ildi o sərt baxışdan
Bəlkə hər arzu bir qələm, hər hədəf bir vərəqdir
Ümidlə yazılan hər sətir bir gün inama çevrilir
Bu şəhər çoxdan unudub insanların ümidlərin
Bu şəhər çoxdan görmür insanların saf hisslərin
Yox qütb işıqları, var sərt baxışlı sərnişinlər
Burda yox azad qadınlar, var yalnız ev və işlər
Mən yumub gözlərimi açıram çirkli, bərk qanadları
Uçmaq istəyir amma çəkir məni hansısa qüvvə aşağı
Və biz hər dəfə qaçdıqca uzaq düşürük kölgəmizdən
Bacarmaq tərk etməyi hələ ən doğmalar tərtəmiz ikən
Bəsirət gözümdən açılır kainata uzun bir yol
Bu yol doludu maneələrlə - çox uzun, daş-kəsəkli
Qarşımda möhtəşəm bir qaranlıq var
Hansı ki, bu qaranlıq bütün rənglərdən müqəddəsdi

[Nəqərat]
Sənə çatmır əllərim
Sən çox uzaqdasan
Bağışla məni
Mən qanadsız insan
Ən kiçik nöqtə amma ən böyük
Baxarkən gələcəyi görüb
Bəlkə də sən çoxdan sönmüsən
Amma gözlərim hələ də görür
Sənə çatmır əllərim
Sən çox uzaqdasan
Bağışla məni
Mən qanadsız insan
Ən kiçik nöqtə amma ən böyük
Baxarkən gələcəyi görüb
Bəlkə də sən çoxdan sönmüsən
Amma gözlərim hələ də görür
[Bənd 2]
Mən nə qədər gözlədim bəlkə Tanrıdan gələr işarə
Amma hər dəfə yağdı səmadan bumbuz yağışlar
Bütün hisslərimi yuyub saxladım içdə tək bir xatirə
Utanmaq beyində sınan hər bütün üzündəki baxışdan
Bizə öyrətdilər ki, qaçmalısan həyatda günahlardan
Çünki Tanrı çoxlu savaba hədiyyə edəcək sənə cənnət
Və sonra xilas ola bilmədim içimi yeyən suallardan
Axı bu nə paradoks? Günahın işləndiyi ilk yer elə cənnət
Mən bəlkə ən kiçik addım üçün deyəcəm “Mother may I”
Daha sonra yumub gözlərimi atacam ilk addımı Nil tək
Mən gördüm milyonlarla insan içində hamı qalıb tənha
Sonda utanıb bu vəziyyətdən istədim çıxıb getmək
Kimsə sevinir ulduz axanda axı var arzuları
Mənsə dəhşətə gəlib mənzərədən ulduzları arzuladım
Və gəlmədi heç bir səs, ətraf dolu yalanlar (dost)
Sən nə qədər danışsan da danışmır səssiz ulduzlar

[Nəqərat]
Sənə çatmır əllərim
Sən çox uzaqdasan
Bağışla məni
Mən qanadsız insan
Ən kiçik nöqtə amma ən böyük
Baxarkən gələcəyi görüb
Bəlkə də sən çoxdan sönmüsən
Amma gözlərim hələ də görür
Sənə çatmır əllərim
Sən çox uzaqdasan
Bağışla məni
Mən qanadsız insan
Ən kiçik nöqtə amma ən böyük
Baxarkən gələcəyi görüb
Sənə çatmaq çox çətin
Səssiz ulduzlar

( Drvi )
www.ChordsAZ.com

TAGS :