Song: Sevəcəyəm
Year: 2009
Viewed: 22 - Published at: 5 years ago

[Bənd 1]
Hərdən məndən küsüb
Hərdən kənar gəzən
Bəxtim, taleyimsən
Biləcəyəm...

Gəlsə də kədər, qəm
Yenə dözəcəyəm
Səni itirsəm də
Səni gəzəcəyəm
Yenə sevəcəyəm

[Nəqərat]
Bir gecəyəm, ay işığım sən
Hər necəyəm, yaraşığım sən
Qalsan, gülüm kimi
Getsən, zülm kimi
Səni sevəcəyəm, mən səni

Bir gecəyəm, ay işığım sən
Hər necəyəm, yaraşığım sən
Qalsan, gülüm kimi
Getsən, zülm kimi
Səni sevəcəyəm, mən səni
[Bənd 2]
Sənsən mənə qalan
Qalan hər şey yalan
Çağır, harda olsan
Gələcəyəm, gələcəyəm…

İllər dolansa da
Qəlbim talansa da
Sevgi yalansa da
Səni gəzəcəyəm
Yenə sevəcəyəm

[Nəqərat]
Bir gecəyəm, ay işığım sən
Hər necəyəm, yaraşığım sən
Qalsan, gülüm kimi
Getsən, zülm kimi
Səni sevəcəyəm, mən səni

Bir gecəyəm, ay işığım sən
Hər necəyəm, yaraşığım sən
Qalsan, gülüm kimi
Getsən, zülm kimi
Səni sevəcəyəm, mən səni

Bir gecəyəm, ay işığım sən
Hər necəyəm, yaraşığım sən
Qalsan, gülüm kimi
Getsən, zülm kimi
Səni sevəcəyəm, mən səni
Bir gecəyəm, ay işığım sən
Hər necəyəm, yaraşığım sən
Qalsan, gülüm kimi
Getsən, zülm kimi
Səni sevəcəyəm, tək səni

( Nadir Qafarzad )
www.ChordsAZ.com

TAGS :