Song: Tanıtdın məni
Artist:  Aygn Kazmova
Year: 2021
Viewed: 21 - Published at: 2 years ago

Elə ki, uyudum gəlib oyadır
Alıb gözlərimdən aparır səni
Çəkilmir qapımın önündə yatır
Niyə bu həsrətə tanıtdın məni?
Niyə nişan verdin yerimi ona
Gəlib pəncərəmə, eyvana qona
Mən qapı açmazdım bu cür qonağa
Niyə bu həsrətə tanıtdın məni?
Yalvarma mən onu qaytarammaram
O da çıxıb getsə dəli olaram
Sənə bu zülmünü bağışlamaram
Niyə bu həsrətə tanıtdın məni?
Deyirlər çıldırıb haray salmısan
Kim gəldi yerimi xəbər almısan
Bu mən, bu həsrətin, hara aparsan
Mənsiz dözməyəcək tanıtdın məni

( Aygn Kazmova )
www.ChordsAZ.com

TAGS :