Song: Tanrı
Year: 2022
Viewed: 55 - Published at: 7 years ago

Rəhimxan:

Tanrı günahlarımı bağışla eylə bir çarə
Neyçün yaşayırıq bir gün öləcəyiksə madəm
Ömür gedir badə düşmür insanlığ yadə (bu gün)
Sevgi hissimiz olmazdı sevməsə idi adəm

Saxta sevgilər verilən saxta ümidlərəm mən
Lal olan insanın sözləri üsyan edir qələmdən
Gedənlər qalanların ümidlərini məhv edər
Bu insansızlığı inanmıram tanrı da əhv edə

Mən gedər gəlməzlərə məhkum olan dustağam
Gün gələr hər səssizliyin içindən üsyan çıxar
Bizlər Şühbəsiz ki Torpağdan yaranmışıq
Bənzəyirik yağışlardan tapdalanan palçığa

Sözümün kəssəri var şeiriyyatdı qılımcım
Dənizlərdə yanğın çıxarır kiçicik qığılcım
Çürük polda yatmağdan soyuğlayıb yarələr
Əziyyət olsa belə arabir gəl məni yad elə
Ey dost
Doludu küçələrdə iki ayaqlı köpəklər
Məmləkətdə şərəf vicdan ucuzdu daha çörəkdək
Bəzi saxta dostlarım var əsib keçdi küləknən
Çörək böldüyün bıçağla dostluğumuzu bölək gəl

Skit:
Məni bir mən bilirəm, bir də Yaradan. Mənə bir mən lazımam, bir də anlayan

L-CHİN

Hər ağızda təsəlli var kömək etməz heçkim
Yaşamaq üçün gecikmişəm, ölmək üçün tezdi
Könül istər xoş günləri əllərimdə tutum, ama
İnsanoğlu dəyər hissin doğulanda itrir

Bagirmaqla əlac olmaz sussarsansa esidər
Əllərində min bir gul istədiynə yetirər
Gunahlarda utanc verib axar uzumə tərlər
Əfsus olsun sevməmisən bir gun belə qəlbən

Dərin hislər dəyərlidir saxlanılmaz asan
Bir nəfisə qurban olub cəhənnəmi dadar
Dəyişmisən arzuları ucuz qazanclara daha
Kirlənən o ruhu inan dualarda yumaz

Hərgün axan göz yaşıyam hərgün axan vaxtam
İnsanliq dilimdədi insanlara uzağam
Bəzən özünü görmək üçün keçməlisən qırağa inan
Tanrı bir gün mindirəcək mənidə həmin qatara

( Rhimxan ft. L-CHN )
www.ChordsAZ.com

TAGS :