Song: Vağzalı
Year: 2022
Viewed: 0 - Published at: a year ago

[Bənd 1: Gülyaz Məmmədova]
Yetişibdir toy axşamı
Durun, yandırın al şamı
Yetişibdir toy axşamı
Durun, yandırın al şamı

Gəlibdir toyun adamı
Çal ey, vağzalı, vağzalı
Könlüm olubdur havalı

[Bənd 2: Elnarə Rəsulova]
Bəzəyib şamlar əlini
Asta gətir, bəy, gəlini
Bəzəyib şamlar əlini
Asta gətir, bəy, gəlini

Azərbaycan gözəlini
Çal ey, vağzalı, vağzalı
Könlüm olubdur havalı

[Bənd 3: Gülyaz Məmmədova]
Sevənlərin nəğməsidir
İki ürəyin səsidir
Sevənlərin nəğməsidir
İki ürəyin səsidir
Həzin balaban səsidir
Çal ey, vağzalı, vağzalı
Könlüm olubdur havalı

[Bənd 4: Elnarə Rəsulova]
İki qönçə cavan gəlir
Gül yanında reyhan gəlir
İki qönçə cavan gəlir
Gül yanında reyhan gəlir

Şümşad boylu oğlan gəlir
Çal ey, vağzalı, vağzalı
Könlüm olubdur havalı

[Bənd 5: Gülyaz Məmmədova, Elnarə Rəsulova]
Evimizə gəlin gəlir
Sığallayıb telin gəlir
Evimizə gəlin gəlir
Sığallayıb telin gəlir

Görüşünə elim gəlir
Çal ey vağzalı, vağzalı
Könlüm olubdur havalı

( Glyaz Mmmdova )
www.ChordsAZ.com

TAGS :