[Bənd]
Yarpaqlar tökülür, ömürdən düşən
Al-əlvan fəsillər boz illər kimi
Yarpaqlar tökülür qara saçlarım
Ağarıb-saralan xəzəllər kimi
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb günə dikəldi
Göründü sinədə bozaran dağlar
Mənim də eşqimin payızı gələr
Yarpaqlar tökülür, susub lal olub
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyanlar, fərəhli çağlar
Yarpaqlar tökülür, saralır bütün
Örüşlər, cığırlar, yollar, yamaclar
Yarpaqlar tökülür, susub günbəgün
O tağlı, nəğməli, səsli ağaclar
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb günə dikəldi
Göründü sinədə bozaran dağlar
Mənim də eşqimin payızı gələr
Yarpaqlar tökülür, susub lal olub
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyanlar, fərəhli çağlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyanlar, fərəhli çağlar
Fərəhli çağlar, fərəhli çağlar...
Yarpaqlar tökülür, ömürdən düşən
Al-əlvan fəsillər boz illər kimi
Yarpaqlar tökülür qara saçlarım
Ağarıb-saralan xəzəllər kimi
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb günə dikəldi
Göründü sinədə bozaran dağlar
Mənim də eşqimin payızı gələr
Yarpaqlar tökülür, susub lal olub
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyanlar, fərəhli çağlar
Yarpaqlar tökülür, saralır bütün
Örüşlər, cığırlar, yollar, yamaclar
Yarpaqlar tökülür, susub günbəgün
O tağlı, nəğməli, səsli ağaclar
Yarpaqlar tökülür, çılpaq budaqlar
Başını qaldırıb günə dikəldi
Göründü sinədə bozaran dağlar
Mənim də eşqimin payızı gələr
Yarpaqlar tökülür, susub lal olub
Dağlardan süzülən ayna bulaqlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyanlar, fərəhli çağlar
Yarpaqlar tökülür, bir xəyal olur
O ötən əyanlar, fərəhli çağlar
Fərəhli çağlar, fərəhli çağlar...
( Zaur miraslanov )
www.ChordsAZ.com