Song: Elə Bəndəm
Year: 2021
Viewed: 62 - Published at: 4 years ago

[Muğam]
Ay səni, bağ yiyəsi, mən də durub bar gəzirəm
Ay səni, bağ yiyəsi, mən də durub bar gəzirəm
Əncirin vaxtı keçib, eyb eləməz, nar gəzirəm, anam

Mən mənim, sən də mənim, mən bilirəm neyləyərəm
Mən mənim, sən də mənim, mən bilirəm neyləyərəm
Var ki var, axtarıram, dəxli kimə, var gəzirəm, aman

Qışda yazdan ötəri xiffət edib qəm içmişəm
Qışda yazdan ötəri xiffət edib qəm içmişəm
Yaz gəlib, yanğımı söndürmək üçün qar gəzirəm, aman

Yarısından yarıyan kimsələrə eşq olsun!
Yarısından yarıyan kimsələrə eşq olsun!
Yarımaq eşqi ilə mən hələ də yar gəzirəm

Bilmədi kimsə, başımdan nə dumanlar keçdi
Bilmədi kimsə, başımdan nə dumanlar keçdi
Elə zənn eylədilər ki, uşağam, şar gəzirəm
Sənə min rəhmət ola, ey canımın canı, anam, ay balam
Sənə min rəhmət ola, ey canımın canı, anam
Laylamı sən necə çaldın ki, mən ağlar gəzirəm?

Yamyaşıl yarpaq idim, soldum ayaqlar altda
Yamyaşıl yarpaq idim, soldum ayaqlar altda
Yel vurub yengələr oynayan bağlar gəzirəm

Balaca, bapbalaca bir ürəyim vardı mənim
Balaca, bapbalaca bir ürəyim vardı mənim
O keçən çağları əldə çıraqlar gəzirəm

Vaqif Aslan, Vaqif Aslan, hər ürəkdə uyuyur bir aslan
Mən də gəncləşib, saz vurub - söz dediyim sevdalı çağlar gəzirəm

[Bənd 1]
Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm

Dindirməyin, dərdliyəm
Bir şirin dilə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm
[Nəqərat]
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm

[Bənd 2]
Qərənfiləm, dəstəyəm
Bülbüləm, qəfəsdəyəm
Qərənfiləm, dəstəyəm
Bülbüləm, qəfəsdəyəm

Gedin o yara deyin
Həsrətindən xəstəyəm
Gedin o yara deyin
Həsrətindən xəstəyəm

[Nəqərat]
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm

Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm
Elə bəndəm, elə bəndəm
Bir şirin dilə bəndəm

( Glyanaq Mmmdova )
www.ChordsAZ.com

TAGS :