Song: Qəzəl
Artist:  Tnzal
Year: 2009
Viewed: 14 - Published at: 6 years ago

[Bənd 1]
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
Bir gün yetərik vəslə, əgər qismətimiz var
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
Bir gün yetərik vəslə, əgər qismətimiz var

[Bənd 2]
Hər kimsə bu naz ilə səni bəsləyə bilməz
Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var
Hər kimsə bu naz ilə səni bəsləyə bilməz
Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var

[Bənd 3]
Biz istəyirik cənnəti və baği-behişti
Çün bağımız həm solmayacaq cənnətimiz var
Biz istəyirik cənnəti və baği-behişti
Çün bağımız, həm solmayacaq cənnətimiz var

[Bənd 4]
Bülbül də bizim, gül də bizim, el də bizimdir
Kimdən, gözəlim, indi bizim minnətimiz var?
Bülbül də bizim, gül də bizim, el də bizimdir
Kimdən, gözəlim, indi bizim minnətimiz var?
[Keçid]
Bülbül də bizim, gül də bizim
Bülbül də bizim, gül də bizim
El də bizim, gül də bizim, bülbül də
Bülbül də bizim, gül də bizim

[Bənd 5]
Qorxma, bizi bir qüvvə pərişan edə bilməz
Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var
Qorxma, bizi bir qüvvə pərişan edə bilməz
Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var

[Bənd 6]
Dağlar hərəkət etsə də hətta bizə qarşı
Dəf etməyə aciz deyilik, hümbətimiz var
Dağlar hərəkət etsə də hətta bizə qarşı
Dəf etməyə aciz deyilik, hümbətimiz var

[Bənd 7]
Qüvvətli təbiət bizə baş əyir indi
Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var
Qüvvətli təbiət bizə baş əyir indi
Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var

[Bənd 8]
Qüdrətli zəfər bayrağı parlar əlimizdə
Azadəliyə, sülhə böyük rəğbətimiz var
Qüdrətli zəfər bayrağı parlar əlimizdə
Azadəliyə, sülhə böyük rəğbətimiz var
Azadəliyə, sülhə böyük rəğbətimiz var
Azadəliyə, sülhə böyük rəğbətimiz var

( Tnzal )
www.ChordsAZ.com

TAGS :